Yuxarı
    Bağlamaq

    Nyu-Yorkda metro qatarı relsdən çıxıb, 34 nəfər xəsarət alıb

    İnsidentə elektrik enerjisi təchizatında yaranan problem səbəb olub

    Bakı. 27 iyun. REPORT.AZ/ Nyu-York metrosunda qatarlardan birinin relsdən çıxması nəticəsində azı 34 nəfər xəsarət alıb.

    "Report" xəbər verir ki, Nyu-Yorkun Nəqliyyat İdarəsinin məlumatına görə, qəza maşinistin birdən-birə əyləci basması nəticəsində baş verib.

    İlkin fərziyyəyə görə, insidentə elektrik enerjisi təchizatında yaranan problem səbəb olub. Nəticədə yol və tunelin bir hissəsinə ziyan dəyib. Qatar relsdən çıxıb. On yeddi nəfər xəstəxanaya yerləşdirilib.

    "Fox News" telekanalının məlumatına görə, qəza səbəbindən daha iki qatarın hərəkəti dayandırılıb. Onların sərnişinləri təxliyyə edilib.

    Təmir briqadaları artıq elektrik enerjisi təchizatının bərpasına başlayıblar. Lakin işlərin nə zaman bitəcəyi məlum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi