Nyu-York Ştatın qubernatoru Endryu Kuomo marixuananın rekreasiya (istirahət – Red) məqsədilə satılmasına və istifadəsinə icazə verən qanunu imzalayıb.
“Report”un məlumatına görə, müvafiq qanun qubernatorun
Bununla da, bu narkotiki leqallaşdıran 15-ci ştat Nyu-York oldu.
Rəsmilərin hesablamalarına görə, hər il ştatın büdcəsi marixuananın satışından 350 milyon ABŞ dolları gəlir əldə edəcək, 30 minlə 60 min arası yeni iş yeri açılacaq.
Yeni qanuna görə, ştat sakinlərinə 85 qrama qədər narkotiki şəxsi istifadə üçün və ya 24 qrama qədər - konsentrat şəklində saxlamağa icazə verilir. Siqaretin qadağan olunduğu yerlər istisna olmaqla, ictimai yerlərdə marixuananın istifadəsinə icazə verilir.
Marixuananın ixtisaslaşmış mağazalarda satışına gələn ildən başlanacaq.