Nyu-Yorkda kafe-restoranlar fəaliyyətini bərpa etdi

Nyu-Yorkda kafe-restoranlar fəaliyyətini bərpa etdi ABŞ-da koronavirus pandemiyasının əsas episentri sayılan Nyu-York şəhərində yüz gündən sonra bir çox iş yerləri açılıb, kafe-restoranlar fəaliyyətə başlayıb.
Digər ölkələr
9 İyun , 2020 13:20
Nyu-Yorkda kafe-restoranlar fəaliyyətini bərpa etdi

ABŞ-da koronavirus pandemiyasının əsas episentri sayılan Nyu-York şəhərində yüz gündən sonra bir çox iş yerləri açılıb, kafe-restoranlar fəaliyyətə başlayıb.

"Report"un xüsusi müxbiri xəbər verir ki, 20 milyon əhalisi və 5 böyük rayonu olan şəhərdə 400 mindən çox insan işinə geri dönüb. 

Nyu-Yorkda bütün qapalı məkanlarda tibbi maskadan istifadə zəruridir. Çünki marketlər, alış-veriş mərkəzləri, kafe-restoranlara maska taxmayan şəxslərin daxil olmasına icazə verilmir. Eyni zamanda sakinlərdən ətrafdakı insanlarla ən azı 3 metr məsafə saxlamaları tələb olunur. Nəticədə sakinlər kafe-restoranlara axın ediblər.

Bundan başqa, Nyu-York metrosunda gecə saat 01:00-dan səhər 05:00-dək bütün qatarlarda dezinfeksiya işləri aparılır. Bununla yanaşı, metrolarda yerlərə insanların ətrafdakılarla məsafə saxlaması üçün xüsusi xəbərdarlıq lövhələri vurulub. Hər stansiyada xüsusi dezinfeksiyaedici vasitələr qoyulub.

Qeyd edək ki, ötən üç ayda Nyu-York şəhərində onminlərlə sakin koronavirusun qurbanı olub. Aptek, market və xəstəxanalardan başqa, bütün ictimai-iaşə obyektləri, iş yerləri, təhsil ocaqları fəaliyyətini dayandırmışdı. Şəhərin dörd mərhələdə normal yaşamına geri dönməsi nəzərdə tutulur. Hazırda Nyu-Yorkda proqramın ikinci mərhələsi tətbiq olunur. Sonuncu mərhələdə təhsil ocaqlarının fəaliyyətinin bərpası nəzərdə tutulur.

Müxbir: Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi