Yuxarı

Nyu-Yorkda inkassator maşınından 36 kq qızıl oğurluqda təqsirləndirilən şəxs saxlanılıb

Hələlik oğurlanmış qızıl tapılmayıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Ekvadorda Nyu-Yorkda zirehli inkassator maşınından içərisində 36 kq qızıl olan konteyneri oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu konteynerdə olan qızılın dəyəri 1,6 milyon dollardır.

Hələlik oğurlanmış qızıl tapılmayıb.

53 yaşlı Xulio Nivelo Ekvadorun qərb hissəsində saxlanılıb. Ancaq onun vəkilləri cinayət zamanı X.Nivelonun ümumiyyətlə, ABŞ-da olmadığını iddia edir.

Qeyd edək ki, oğurluq hadisəsi ötən il sentyabrın 29-da Manhetten ən hərəkətli bölgələrindən olan Midtaunda baş verib. Videogörüntülərdən aydın görünür ki, inkassator maşını bir müddət nəzarətsiz qalıb və cinayətkarlara oğurluq hadisəsini törətmək üçün cəmi 20 saniyə bəs edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi