Yuxarı
    Bağlamaq

    ​Nyu-Yorkda ictimai nəqliyyatın fəaliyyəti tam olaraq dayandırılıb

    ABŞ-ın şimal-şərqində 5 minə yaxın aviareys təxirə salınıb

    Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın iri meqapolisi olan Nyu-Yorkun rəhbərliyi fövqəladə güclü qar çovğunu ilə əlaqədar olaraq ictimai nəqliyyatın işinin müvəqqəti olaraq dayandırılması barədə sərəncam verib.

    "Report" xəbər verir ki, yaxın saatlarda Nyu-Yorka rekord miqdarda qar düşəcəyi gözlənilir.

    Sinoptiklərin proqnozlarına görə, bir neçə saat ərzində şəhərə 90 sm. qar düşə bilər, küləyin sürəti isə saatda 120 km-ə çatacaq. Nyu-Yorkda bazar ertəsi məktəblər açılmayıb, avtomobil sahiblərinə isə evdən çıxmaq qadağan edilib.

    Analoji qərar Nyu-Cersi ştatının bir sıra şəhərlərində də qəbul olunub. Bir sıra yollar təhlükəsizlik məqsədi ilə bağlanıb. İctimai nəqliyyatın işi son dərəcə məhdudlaşdırılıb.

    ABŞ-ın şərq sahillərinə yaxınlaşmaqda olan qar fırtınası ilə əlaqədar olaraq ümumilikdə dörd ştatda - Nyu-York, Konnektikut, Nyu-Cersi və Massaçusetsdə fövqəladə vəziyyət elan olunub.

    Qeyd olunur ki, ABŞ-ın şimal-şərqində 5 minə yaxın aviareys təxirə salınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi