Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün ABŞ-ın Nyu-York şəhərinin məktəbləri ölkənin şimal-şərqində baş verəcəyi gözlənilən qar fırtınası səbəbindən işləməyəcək.
"Report" xəbər verir ki, bu barədə şəhər rəhbərliyi qərar qəbul edib.
"Gözlənilən güclü qar yağması səbəbindən Nyu-Yorkda bütün məktəblər cümə axşamı bağlı olacaq", — deyə şəhər meri Bill De Blazio bildirib.
Ölkənin meteoroloji xidmətləri ötən gün Nyu-York, Filadelfiya, Pittsburq, Boston və ABŞ-ın şərq sahilində yerləşən digər şəhərlərə fevralın 9-u axşam qar fırtınasının yaxınlaşacağını məlumat veriblər.
Yağıntıların sutka ərzində davam edəcəyi gözlənilir. "weather.com" portalının məlumatına görə, 30 santimetrə qədər qar yağa bilər.