Nyu Yorkda BMT İnkişaf Proqramının 50 illik yubileyi qeyd edilib

Nyu Yorkda BMT İnkişaf Proqramının 50 illik yubileyi qeyd edilib BMT Baş Assambleyasının BMTİP-in yubileyinə həsr olunmuş iclasında dünyanın müxtəlif ölkələrindən 80-ə yaxın nazir iştirak edib
Digər ölkələr
25 Fevral , 2016 09:47
Nyu Yorkda BMT İnkişaf Proqramının 50 illik yubileyi qeyd edilib

Bakı. 25 fevral. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) 50 illik yubileyini qeyd edib. "Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında bu hadisəylə əlaqədar olaraq nazirlər səviyyəsində BMT Baş Assambleyasının iclası keçirilib.

İclas iştirakçılarına video mesajında baş katib Pan Gi Mun BMTİP-in dünya üzrə bütün əməkdaşlarına insanların yaşayış standartlarının yüksəldilməsi və əhalinin ən məzlum kateqoriyasının rifahının yaxşılaşdırılması üçün səy göstərmələrinə görə təşəkkürünü bildirib.

BMT baş katibi BMTİP-in layihələri sayəsində böhrandan əziyyət çəkmiş bir çox ölkələrdə sürətli bərpaya nail olduqlarını vurğulayıb.

BMT Baş Assambleyasının BMTİP-in yubileyinə həsr olunmuş bugünkü iclasında dünyanın müxtəlif ölkələrindən 80-ə yaxın nazir iştirak edib. Onlar davamlı inkişafın yollarını və bu məsələnin həyata keçirilməsində BMTİP-in rolunu müzakirə ediblər.

Qeyd edək ki, BMTİP 1966-cı ildə BMT-nin Xüsusi Fondu ilə Geniş Texniki Dəstək Proqramının birləşməsi nəticəsində yaradılıb. Proqram dəyişiklikləri dəstəkləyir və əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün texniki yardım və resurslara çıxışı təmin edir. BMTİP 166 ölkədə fəaliyyət göstərir, onun büdcəsi BMT-yə üzv dövlətlər və digər iri beynəlxalq təşkilatların könüllü ianələr hesabına formalaşır.

Son xəbərlər

Orphus sistemi