Nyu-Yorkda bir gündə 6,6 minə yaxın insan koronavirusa yoluxdu

Nyu-Yorkda bir gündə 6,6 minə yaxın insan koronavirusa yoluxdu ABŞ-ın Nyu-York şəhərində ümumilikdə koronavirusa 57 159 yoluxma və 1 867 ölüm hadisəsi qeydə alınıb.
Digər ölkələr
4 Aprel , 2020 08:46
Nyu-Yorkda bir gündə 6,6 minə yaxın insan koronavirusa yoluxdu

ABŞ-ın Nyu-York şəhərində ümumilikdə koronavirusa 57 159 yoluxma və 1 867 ölüm hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, bu, ABŞ ərazisində ən böyük ölüm faizi və yoluxmadır.

Son bir gün ərzində şəhərdə 6 582 koronavirus testinin nəticəsi müsbət olub, 300-dən çox insan pandemiyadan ölüb. Hazırda xəstəxanalarda daha 11 739 pasiyent var.

Şəhərdə ən pis vəziyyət Kuinsdə müşahidə olunur. Bura həm də ilk infeksiyaya yoluxma hallarının qeydə alındığı yerdir.

Qeyd edək ki, ABŞ-da koronavirus qurbanlarının sayı 7 mini ötüb. 

Son xəbərlər

Orphus sistemi