Nyu-Yorkda baş verən yanğında 9-u uşaq olmaqla 19 nəfər ölüb

Nyu-Yorkda baş verən yanğında 9-u uşaq olmaqla 19 nəfər ölüb ABŞ-ın Nyu-York şəhərində yaşayış binasında baş verən güclü yanğın nəticəsində 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 32-sinin həyatı təhlükə altındadır.
Digər ölkələr
10 Yanvar , 2022 00:13
Nyu-Yorkda baş verən yanğında 9-u uşaq olmaqla 19 nəfər ölüb

ABŞ-ın Nyu-York şəhərinin Bronks rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında azı 19 nəfər ölüb.

“Report”un məlumatına görə, bu barədə yanğınsöndürmə idarəsindəki mənbəyə istinadən “Associated Press” xəbər verib.

Qeyd olunub ki, yanğında ölənlər arasında 9 uşaq da var.

00:03

ABŞ-ın Nyu-York şəhərində yaşayış binasında baş verən güclü yanğın nəticəsində 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 32-sinin həyatı təhlükə altındadır.

“Report” xəbər verir ki, bu barədə hadisə yerinə gələn Nyu-York meri Erik Adams məlumat verib.

Onun sözlərinə görə, bu, şəhər tarixində ən böyük yanğınlardan biridir:

“Rəqəmlər dəhşətlidir. 32 nəfərin həyatı risk altındadır, daha 9 nəfər ağır xəsarət alıb. Bundan başqa 22 yaralının xəsarətləri yüngüldür”.

Yanğın 19 mərtəbəli yaşayış binasının aşağı mərtəbələrindən birində baş verib. Yanğının başladığı iddia edilən mənzilin qapısı açıq olduğu üçün alov və tüstü sürətlə yayılıb. İkinci və üçüncü mərtəbələrı alov bürüyüb, tüstü növbəti mərtəbələrə qalxıb.

Yanğınla mübarizəyə 200 yanğınsöndürən cəlb olunub. Zərərçəkənlər, o cümlədən uşaqlar 5 şəhər xəstəxanasına aparılıb.

Son xəbərlər

Orphus sistemi