Nyu-Yorkda atışma baş verib: 2 ölü, 5 yaralı

Nyu-Yorkda atışma baş verib: 2 ölü, 5 yaralı Hadisə Hellouin bayramı münasibəti ilə keçirilən əyləncə gecəsində olub
Digər ölkələr
31 Oktyabr , 2016 03:00
Nyu-Yorkda atışma baş verib: 2 ölü, 5 yaralı

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bazar günü ABŞ-ın Nyu-York ştatında Hellouin bayramı münasibəti ilə keçirilən əyləncə gecəsi zamanı naməlum şəxslərin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Atışma Nyuburq şəhərində qeydə alınıb. Bir neçə nəfər şəxsi evlərdən birində atəş açıb, daha sonra isə hadisə yerindən qaçıb. Nəticədə 20 yaşlı qız və 18 yaşlı yeniyetmə ölüb. Zərərçəkənlər xəstəxanaya aparılıb.

Polis cinayətkarları axtarır.

Son xəbərlər

Orphus sistemi