ABŞ-ın Nyu-York şəhərinin meri Bill Di Blazio mitinqdə çıxış etməyə qərar verib, ancaq etirazçılar onun gedişini tələb ediblər.
“Report”un məlumatına görə, bu barədə TASS bildirib.
Qeyd edilir ki, Minneapolisdə polis tərəfindən öldürülmüş Corc Floydun xatirəsinə həsr edilmiş mitinqə bir neçə min insan toplaşıb. Mitinqin keçirildiyi parkda təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib, ərazi polis tərəfindən mühasirəyə alınıb, səmada polis helikopteri qaldırılıb.
Hamı Corc Floydun qardaşı Tedin çıxışını gözləyib, ancaq əvvəlcə səhnəyə Di Blazio çıxıb.
"Heç bir siyasətçi”, - camaat qışqırıb – “Sənin komendant saatın cəhənnəm olsun!".
"Biz bura öz hüquqlarımız uğrunda mübarizə aparmağa gəldik, siyasətçilərin çıxışlarını dinləməyə yox", - etirazçılardan biri TASS-a bildirib.