Nyu-York prokuroru vəzifəsindən istefa verib

Nyu-York prokuroru vəzifəsindən istefa verib Keypers bu addımı ədliyyə nazirinin bəyanatından sonra atıb
Digər ölkələr
11 Mart , 2017 04:07
Nyu-York prokuroru vəzifəsindən istefa verib

Bakı. 11 mart. REPORT.AZ/ Nyu-Yorkun şərq dairəsinin prokuroru Robert Keypers ABŞ-ın ədliyyə naziri Ceff Seşns Barak Obama dövründən qalan 46 federal prokuroru istefa verməyə çağırmasından bir neçə saat sonra vəzifəsindən istefa verib.

"Report" xəbər verir ki, bu barədə prokurorluq tərəfindən yayılan məlumatda bildirilir.

Keypers prokuror vəzifəsinə 2016-cı ilin yanvarında gəlib. Onun namizədliyi prezident Barak Obama tərəfindən irəli sürülmüşdü.

Prokurorun vəzifələrinin icrası ilə Bricit Roud məşğul olacaq.

Son xəbərlər

Orphus sistemi