Nyu-York metrosunda təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb

Nyu-York metrosunda təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb Nyu -ork metrosunda təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb.
Digər ölkələr
26 Oktyabr , 2022 12:59
Nyu-York metrosunda təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb

Nyu-York metrosunda təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Erik Adams məlumat verib.

Onun sözlərinə görə, son günlər dünyanın ən böyük metropolisi sayılan Nyu-York şəhərinin metrosunda qətl, zorlama, soyğunçuluq, hücum, oğurluq kimi cinayət hadisələri kütləvi hal alıb: "Bu da yerli sakinləri və turistləri ciddi narahat edir. Ona görə də insanları qorxuya salan və yerli medianın gündəmini zəbt edən cinayət hadisələrinin qarşısını almaq üçün mübarizə səyləri gücləndiriləcək. Ötən illə müqayisədə dünyanın ən qədim metrolarından olan Nyu-Yorkun ictimai tranzit sistemində cinayət nisbəti 40 faizdən çox artıb. Metroda hər gün zorakılıq və oğurluq hallarına rast gəlinir. İl ərzində metroda 9 nəfər şiddət nəticəsində ölüb, yüzlərlə şəxs yaralanıb. Cinayət hadisələrinin qarşısının alınması üçün ciddi tədbirlər planı həyata keçirilir".

E.Adams bildirib ki, Nyu-York sakinlərinin metroda təhlükəsizliklə bağlı ciddi narahatlığı nəzərə alınaraq tranzit nəqliyyat sisteminə nəzarət edən polis məmurlarının sayı artırılacaq: "Son günlərdə şəhər metrosunda təhlükəsizlik ən üst səviyyəyə çatdırılıb, metro sistemində 24 saat ərzində 1 200 polis növbə tutur. Həmçinin stansiyalarda və qatar vaqonlarında təhlükəsizlik kameralarının sayı da artırılacaq. Nyu-Yorkun yerli mediasında metro stansiyalarında baş verən cinayətlərin şəhərin küçələrində yaşayan evsiz və ruhi xəstəlikləri olan insanlar tərəfindən törədildiyi yazılır. Həmin insanların müalicəsi üçün şəhərdə 50 çarpayılıq iki yeni psixiatriya mərkəzinin yaradılması da planlaşdırılır".

Qeyd edək ki, Nyu-York metrosu 472 stansiyası və təxminən 1070 kilometr uzunluğu ilə dünyanın ən böyük, qədim və mürəkkəb yeraltı nəqliyyat vasitələrindən sayılır.

Son xəbərlər

Orphus sistemi