Nyu Yorkun hava limanları əksər uçuşları ləğv edib

Nyu Yorkun hava limanları əksər uçuşları ləğv edib Hava əlaqələrindəki ən böyük məhdudiyyətlər ABŞ-ın şərq sahillərindəki şəhərlərlə əlaqələrdə müşahidə olunur
Digər ölkələr
1 Fevral , 2021 15:41
Nyu Yorkun hava limanları əksər uçuşları ləğv edib

Nyu York və ətrafındakı hava limanlarından bu günə planlaşdırılan əksər uçuşlar qar çovğunu ərəfəsində ləğv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu təyyarələrin hərəkətlərini izləyən “FlightAware” saytında yerləşdirilən məlumatlar göstərir.

Nyu Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında 154 reys, yəni bütün uçuşların 72 %-i ləğv edilib. La Quardia hava limanında bu rəqəm 106 reysə (89 %) çatır. Liberti Beynəlxalq Hava Limanında (qonşu Nyu Cersi ştatı) 162 uçuş (72 %) ləğv edildi.

Nyu Yorkdan 4 saat məsafədə yerləşən Bostondakı (Massaçusets ştatı) hava limanında 56 reys (30 %) ləğv edilib.

Hava əlaqələrindəki ən böyük məhdudiyyətlər ABŞ-ın şərq sahillərindəki şəhərlərlə əlaqələrdə müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi