NYT: Zelenski vergi artımına görə xalqın qəzəbinə tuş gələcək

NYT: Zelenski vergi artımına görə xalqın qəzəbinə tuş gələcək Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə vergilərin artırılması ilə bağlı qanuna görə xalqın qəzəbi ilə üzləşə bilər.
Digər ölkələr
11 Oktyabr , 2024 08:11
NYT: Zelenski vergi artımına görə xalqın qəzəbinə tuş gələcək

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə vergilərin artırılması ilə bağlı qanuna görə xalqın qəzəbi ilə üzləşə bilər.

“Report” xəbər verir ki, bu fikri “The New York Times” bildirib.

Qeyd olunub ki, Avropadan qayıtdıqdan sonra Zelenski çox güman ki, Ukrayna əhalisinin narazılığı ilə üzləşməli olacaq, çünki vergilərin artırılması həmişə qeyri-populyar tədbirdir və iqtisadiyyatı müharibə nəticəsində dağılmış ölkədə belə bir addım xüsusilə xoşagəlməzdir.

Ukraynanın bir neçə sakininin nəşrə verdiyi məlumata görə, onlar dövlətə daxil olan vəsaitin oğurlanacağından qorxurlar. Ukrayna hakimiyyəti vergilərin və aksizlərin artırılmasının qaçılmaz olduğunu və bu tədbirə alternativ olmadığını dəfələrlə etiraf edib.

Belə ki, ölkə müstəqil olaraq yalnız hərbi büdcəni ödəyə bilər, qalan hər şey onun müttəfiqlərinin köməyi ilə maliyyələşir. Amma buna baxmayaraq, büdcənin doldurulması problemi Ukrayna hakimiyyəti üçün getdikcə daha da aktuallaşır.

Hökumət 1,6 trilyon qrivna (38,68 milyard dollar) kəsiri özündə əks etdirən 2025-ci il üçün büdcə layihəsini Radaya təqdim edib və milli valyutanın məzənnəsinin bir dollar üçün 45 qrivenə endirilməsi planlaşdırılır.

“RBC-Ukrayna” sənədin təhlili əsasında qeyd edib ki, gələn ilin sonuna ölkənin dövlət borcu ÜDM-in 101,8%-ni təşkil edəcək və 34,8 milyard dollar xarici kreditlərin cəlb edilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi