İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “yer-yer” tipli raketi atıb.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
İki İsrail rəsmisinin sözlərinə görə, İran tərəfi 185 pilotsuz uçuş aparatı, həmçinin 36 qanadlı raket buraxıb.
Atışların əksəriyyəti İrandan, az hissəsi isə İraq və Yəməndən həyata keçirilib. Nəşr bildirib ki, Tehran həmçinin İsrailə doğru 110 yer-yer tipli raket atıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib ki, İran aprelin 13-də İsrail ərazisinə 200-dən çox raket və pilotsuz uçuş aparatı atıb.
Hədəflərin əksəriyyəti ələ keçirilib və ən azı bir nəfər yaralanıb. Departament sözçüsü qeyd edib ki, hücum nəticəsində bir hərbi baza cüzi ziyan görüb.