NYT: ABŞ Tayvanı Çinlə qarşıdurma üçün silahlar almağa məcbur edir

NYT: ABŞ Tayvanı Çinlə qarşıdurma üçün silahlar almağa məcbur edir Vaşinqton Tayvan hakimiyyətinə təzyiq edir ki, yalnız Çindən gələn hipotetik təcavüzü dəf etməyə kömək edəcək Amerika silahlarını alsın.
Digər ölkələr
8 May , 2022 02:34
NYT: ABŞ Tayvanı Çinlə qarşıdurma üçün silahlar almağa məcbur edir

Vaşinqton Tayvan hakimiyyətinə təzyiq edir ki, yalnız Çindən gələn hipotetik təcavüzü dəf etməyə kömək edəcək Amerika silahlarını alsın.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukraynadakı münaqişə Vaşinqton və Taypeyi inandırıb ki, yaxın illərdə Çinin Tayvana mümkün müdaxiləsi potensial təhlükə kimi qiymətləndirilməlidir. Bu baxımdan ABŞ adanın müdafiə qabiliyyətini uyğun silahlarla təchiz edilmiş və asimmetrik müharibə aparmağa yönəlmiş kiçik ordunun daha böyük düşmənə tab gətirə biləcəyini əsas götürərək dəyərləndirir.

Taypeydə bəziləri fərqli fikirdədirlər. Bunun fonunda ABŞ artıq Tayvanı müəyyən növ silahlarla təmin etməkdən imtina edib ki, bu da Amerika tərəfinin fikrincə, mümkün Çin təcavüzünü dəf etmək üçün uyğun olmayacaq. Qəzetin yazdığına görə, Cozef Bayden administrasiyasının rəsmiləri tayvanlı həmkarlarına ABŞ-ın bu cür istəkləri rədd etməyə davam edəcəyi barədə xəbərdarlıq edib, həmçinin Amerika silah istehsalçılarına bəzi silah növlərini Taypeyə satmaq üçün Vaşinqtondan icazə istəməmələri barədə xəbərdarlıq ediblər.

Xüsusilə, Tayvan hərbçilərinə “MH-60R Seahawk” sualtı qayıq əleyhinə helikopterləri almaqdan imtina edilib. Bundan əvvəl Vaşinqton 40 ədəd M-109A6 özüyeriyən haubitsaların adaya çatdırılmasının 2026-cı ilə qədər mümkün gecikdirilməsini də açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi