"Nüvə beşliyi" Parisdə yekun kommünike qəbul edib
Digər ölkələr
- 05 dekabr, 2021
- 02:35
"Nüvə beşliyi"nə qoşulan beş dövlətin nümayəndələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə sadiq olduqlarını təsdiq ediblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 2-3-də Parisdə keçirilən "nüvə beşliyi”nin konfransının yekunları üzrə qəbul edilmiş birgə kommünikedə deyilir.
Sənəddə tərəflər, həmçinin nüvə dövlətləri ilə ASEAN ölkələri arasında Cənub-Şərqi Asiyada nüvə silahından azad zona haqqında Müqavilənin Protokoluna dair məsləhətləşmələrin təşviqinin vacibliyini xatırladıblar.
Beş nüvə dövlətinin nümayəndələri Yaxın Şərqdə kütləvi qırğın silahlarından azad zonanın yaradılmasını dəstəklədiklərini də qeyd ediblər.
Qeyd edək ki, "beşliy"ə Rusiya, Çin, Böyük Britaniya, ABŞ və Fransa daxildir.
Son xəbərlər
05:53
Politico: Neft qiymətləri ən azı bir neçə ay yüksək qala bilər
Energetika05:18
Efiopiyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 107 nəfər ölüb
Digər ölkələr05:00
Türkiyədə güclü zəlzələ olub
Region04:53
Welt: Bir neçə böyük Almaniya şirkəti İranda fəaliyyətini davam etdirir
Region04:39
İtaliya strateji neft ehtiyatlarından təxminən 10 milyon barel istifadə edəcək
Energetika04:18
ABŞ Rusiyaya bir ay müddətinə tankerlərdən neft satmağa icazə verib
Digər ölkələr04:12
İraqda dron hücumu nəticəsində altı fransız hərbçisi yaralanıb
Digər ölkələr03:43
İran ordusu İsrail və ABŞ-yə qarşı 2 tonluq döyüş başlıqlı raketlərdən istifadə edib
Region03:34