Yuxarı

"Nüsra cəbhəsi" terrorçuları Hələb şəhərinə hücuma keçiblər

Terrorçular Kastello yolunun bir hissəsini nəzarət altına götürüblər

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Nüsra cəbhəsi" terror qruplaşmasının yaraqlıları bu gün səhər saatlarında Suriyanın Hələb şəhərinin Şeyx Maqsud məhəlləsi istiqamətində hücuma keçiblər.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Müharibə Tərəflərinin Barışdırılması Mərkəzi məlumat yayıb.

"Sentyabrın 20-si səhər təqribən 5 radələrində "Nüsra cəbhəsi" terrorçuları artilleriya atəşindən sonra Hələbin şimalındakı Muxaim-Xandratna rayonundan Şeyx Maqsud məhəlləsi istiqamətində hücuma keçiblər", - deyə məlumatda bildirilir.

"Terrorçular şiddətli döyüşlər nəticəsində hökumət qoşunları və könüllü dəstələri Əl-Şkeyf məhəlləsinin cənub dairəsindən çıxararaq, "Kastello" yolunun təqribən 1 km. uzunluğunda olan hissəsini müvəqqəti nəzarətləri altında götürməyə müvəffəq olublar", - deyə Mərkəz məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi