Yuxarı

​Nursultan Nazarbayev prezident seçkilərində səs verib - FOTO

Səsvermə Məktəblilər sarayında baş tutub

Astana. 26 aprel. REPORT.AZ/ Qazaxıstanın hazırki dövlət başçısı Nursultan Nazarbayev ölkədə keçirilən növbədənkənar prezident seçkilərində səs verib.

"Report"un Astanaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, səsvermə Astananın Məktəblilər sarayında baş tutub.

Sarayda N.Nazarbayevdən savayı prezidentin qızı Dinara Nazarbayeva, həmçinin yüksək vəzifəli dövlət rəsmiləri də səs veriblər.

N.Nazarbayev səsvermədən sonra mətbuata açıqlamasında bildirib ki, bu seçkilər Qazaxıstanın gələcəyi üçün böyük əhəmiyyət daşıyır. O, həmçinin əlavə edib ki, yenidən prezident seçiləcəyi təqdirdə ölkədə əvvəl elan olunan konstitusiya islahatlarını davam etdirəcək.

Qeyd edək ki, səsvermə yerli vaxtla axşam saat 20:00-dək davam edəcək.

Seçkilərdə N.Nazarbayevlə yanaşı Turqun Sızdıkov (Kommunist Xalq Partiyası) və müstəqil namizəd Abelqazi Kusainov mübarizə aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi