Norveçli terrorçu Anders Breyvik şərti azadlığa çıxmaq üçün müraciət edib.
“Report” Norveçin VG qəzetinə istinadən xəbər verir ki, bunu cinayətkarın vəkili Oysten Sturrvik açıqlayıb.
“Anders Breyvik şərti azadlığa buraxılmasını xahiş edib. O, hüquqlarının pozulduğuna görə dövlətə qarşı yeni bir iddia qaldırmağı da planlaşdırır”, - vəkil bildirib.
O.Sturrvik qeyd edib ki, A.Breyvikin azadlığa çıxması ehtimalı mövcuddur:
“Breyvik 21 ildən 8-ni həbsdə keçirib, onun nəzəri olaraq belə bir vəsatət qaldırmaq hüququ var”.
Vəkilin sözlərinə görə, onun müştərisi birnəfərlik kamerada saxlanılır və o, bunu hüquqlarının pozulması hesab edir.
Qeyd edək ki, Anders Breyvik 2011-ci il iyulun 22-də paytaxt Oslonun mərkəzində 8 nəfəri və Oslo yaxınlığındakı Uteya adasındakı Fəhlə Partiyasının düşərgəsində isə 69 nəfəri qətlə yetirib. Bu cinayətlərinə görə məhkəmə onu 21 il azadlıqdan məhrum edib.