Norveçdə torpaq sürüşməsi, 12 nəfər itkin düşüb

Norveçdə torpaq sürüşməsi, 12 nəfər itkin düşüb Norveçin paytaxtı Oslo şəhərinin şimal-şərqindəki Rumerike bölgəsində güclü torpaq sürüşməsi baş verib.
Digər ölkələr
30 Dekabr , 2020 22:50
Norveçdə torpaq sürüşməsi, 12 nəfər itkin düşüb

Norveçin paytaxtı Oslo şəhərinin şimal-şərqindəki Rumerike bölgəsində güclü torpaq sürüşməsi baş verib.

“Report”un məlumatına görə, bu barədə “NRK” televiziya və radio şirkəti xəbər yayıb.

Qeyd olunub ki, bölgədən 1,5 min nəfər təxliyə edilib, 12 nəfərin taleyi barədə məlumat yoxdur.

Artıq hadisə yerinə Norveç Krallığının Baş naziri Erna Solberq gəlib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində zərər çəkən və evsiz qalan hər kəsə yardım ediləcək.

Son xəbərlər

Orphus sistemi