Norveçdə sərnişin qatarı relsdən çıxıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Norveçdə sərnişin qatarı relsdən çıxıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB Norveçin Nurlann bölgəsində sərnişin qatarı relsdən çıxıb, ilkin məlumatlara görə, xəsarət alanlar var.
Digər ölkələr
24 Oktyabr , 2024 23:03
Norveçdə sərnişin qatarı relsdən çıxıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Norveçin şimalında 55 sərnişini olan qatar sürüşmə nəticəsində relsdən çıxıb. Hadisədə bir nəfər ölüb, dörd nəfər yaralanıb.

“Report” NRK-yə istinadən xəbər verir ki, bunu yerli polis nümayəndəsi Arild Voldmo açıqlayıb.

Qatar Trondheymdan şimal şəhəri Bodöyə gedərkən yolda düşən daşların altında qalıb.

Polisin digər nümayəndəsi Bent Are Eilertsen NTB agentliyinə bildirib ki, qəza nəticəsində bir nəfər həlak olub, dörd nəfər tibbi yardıma ehtiyac duyub.

O agentliyə deyib ki, “qatarın relsdən çıxdığı anda onun göyərtəsində 55 nəfər olub” və əlavə edib ki, bütün sərnişinlər qatardan təxliyə edilib.

Şimali Norveç Birləşmiş Xilasetmə və Koordinasiya Mərkəzi “X”də paylaşdığı məlumatda hadisə yerinə üç helikopter və təcili yardım xidmətlərinin göndərildiyini qeyd edib. Hadisə yerindən çəkilmiş şəkillərdə lokomotiv və beş vaqondan birincisinin relsin yanındakı yamacdan sürüşdüyü görünür.

Qatarın qalıqlarının təmizlənməsi və qaldırılmasından əvvəl geoloqların tədqiqat aparacağı gözlənilir.

Şahidlərin sözlərinə görə, qatarın qarşısındakı yolda böyük qaya parçaları görünüb.

Kəskin relyefə malik olan Norveç tez-tez, xüsusilə yazda qar əriyəndə sürüşmələrdən əziyyət çəkir.

18:20

Norveçin Nurlann bölgəsində sərnişin qatarı relsdən çıxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “TV2” telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, xəsarət alanlar var. Polis və təcili yardım xidmətinin əməkdaşları hadisə yerindədir.

İnsidentin səbəbləri barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi