Bakı. 30 aprel. REPORT.AZ/ “Normandiya dördlüyü”nün (Ukrayna, Rusiya, Almaniya və Fransa) liderləri telefon danışıqları vasitəsi ilə Ukraynadaki son vəziyyəti müzakirə ediblər.
"Report" Lenta.Ru saytına istinadən xəbər verir ki, Donbass regionunda cərəyan edən prosesləri təhlil edən tərəflər, fevralın 12-də Minskdə əldə olunan razılaşmanın yerinə yetirilməsi məsələsini diqqət mərkəzində saxlayıblar.
Atəşkəs rejimi və ağır texnikanın cəbhə bölgəsindən geri çəkilməsi mövzularında müəyyən irəliləyişin əldə olunduğu qeyd olunub.