Bakı. 8 aprel. REPORT.AZ/ "Normand dördlüyü"nə üzv ölkələrin xarici işlər nazirləri aprelin 13-də Berlində Ukraynanın şərqindəki vəziyyəti müzakirə edəcəklər.
"Report"un "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Fransa XİN rəhbəri Loran Fabius bildirib.
O, ukraynalı həmkarı Pavel Klimkinlə görüşdən sonra deyib ki, Normand formatı çərçivəsində görüş aprelin 13-də axşam saatlarında baş tutacaq.