​"Normand dördlüyü"nün XİN rəhbərlərinin görüşü başa çatıb

​"Normand dördlüyü"nün XİN rəhbərlərinin görüşü başa çatıb Görüş 4 saata yaxın davam edib
Digər ölkələr
14 Aprel , 2015 02:41
​Normand dördlüyünün XİN rəhbərlərinin görüşü başa çatıb

Bakı. 14 aprel. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində "Normand dördlüyü"nün xarici işlər nazirlərinin danışıqları başa çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya, Almaniya, Fransa və Ukraynanın XİN başçıları - Sergey Lavrov, Frank-Valter Ştaynmayer, Loran Fabius və Pavel Klimkinin görüşü 4 saata yaxın davam edib.

Ştaynmayer danışıqlardan əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər Ukraynada siyasi prosesin işə salınması, xüsusilə də, əlaqə qrupu çərçivəsində işçi alt qrupun yaradılmasını müzakirə etməli idilər.

KİV-in məlumatına görə, danışıqlar olduqca gərgin şəraitdə keçib, Minsk razılaşmalarının həm hərbi, həm də siyasi tərəfləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi