Yuxarı

“Normand dördlüyü” liderlərinin növbəti görüşü noyabrda baş tutacaq

“Normand dördlüyü” liderlərinin Paris görüşü beş saat davam edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Parisin Yelisey Sarayında keçirilən “Normand dördlüyü” liderlərinin görüşü beş saat davam edib.

“Report”un “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Anqela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə keçirilən görüşdən sonra Fransa lideri bildirib ki, növbəti belə görüş noyabrın əvvəlində keçiriləcək.

“Noyabr görüşündə də “Minsk-2” razılaşmalarının tətbiqi məsələsini müzakirə edəcəyik. Bu kimi görüşlər yeni itkilərin qarşısını alacaq”, - deyən Fransa prezidenti, Ukraynada sülh prosesinin gözləniləndən daha çox vaxt tələb etdiyini etiraf edib.

Almaniya kansleri isə öz növbəsində “Normand dördlüyü”nün bu dəfəki görüşündən razı ayrıldığını vurğulayıb. Anqela Merkel Donbasda atəşkəs rejiminin əsasən tətbiq olunduğunu xatırladıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi