Norilsk hava limanında Boeing 737 təyyarəsi uçuş-enmə zolağından çıxıb
Digər ölkələr
- 08 avqust, 2026
- 18:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Norilsk (Rusiya) hava limanında "Boeing 737" yük təyyarəsi eniş edərkən uçuş zolağından kənara çıxıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İlkin məlumata görə, "Sibir" aviaşirkətinə məxsus təyyarə Moskva (Domodedovo) - Norilsk marşrutu üzrə reys həyata keçirirdi.
Hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir. Təyyarənin göyərtəsində iki ekipaj üzvü, həmçinin yük olub. Xəsarət alan yoxdur. Hava gəmisi zədələnib, dəyən zərər müəyyənləşdirilir.
Aviaşirkət tərəfindən uçuşların təhlükəsizliyi haqqında qanunvericiliyə riayət olunması ilə bağlı yoxlamaya başlanılıb.
Son xəbərlər
01:48
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
Digər ölkələr
01:28
FIBA Avropa Kuboku: "LANDAU Lions" İsveçrə təmsilçisi ilə qarşılaşıb
Komanda
01:18
Foto
Şəmkirdə yol qəzası nəticəsində iki nəfər ölüb, xəsarət alan var
Hadisə
00:57
Pakistanda patrul xidmətinə hücum nəticəsində on polis ölüb, 18 yaraqlı zərərsizləşdirilib – Yenilənib
Digər ölkələr
00:44
"Ordu" CEV Çelenc Kubokunda ilk oyununda qələbə qazanıb
Komanda
00:34
Kobaxidze: Gürcüstan əhalisi arasında Aİ-yə üzvlüyə dəstək 70 %-dən çoxdur
Region
00:20
Zelenski: Rusiya ilə atəşkəs razılaşması uğursuz oldu
Digər ölkələr
00:02
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Daxili siyasət
00:00
Azərbaycanda Konstitusiya Günüdür
Daxili siyasət