Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb

Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb Bu mükafata Nüvə Silahlarının ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) layiq görülüb
Digər ölkələr
6 Oktyabr , 2017 13:12
Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb. 

"Report"un məlumatına görə, bu mükafata Nüvə Silahlarının ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) layiq görülüb.

Qeyd edək ki, mükafatların təqdimat mərasimi dekabrın 10-da İsveçin paytaxtı Stokholmda keçiriləcək. 2017-ci ildə laureatlara 9 milyon İsveç kronu (1,12 milyon dollar) veriləcək. 2001-ci ildən Nobel fondu ilk dəfə laureatlara verəcəyi mükafatı 12,5 faiz artırıb. Əvvəllər qaliblərə 8 milyon kron, yaxud 931 min dollar pul mükafatı verilirdi. 

Son xəbərlər

Orphus sistemi