Nitsa yaxınlığındakı avtomobil yolunda şübhəli bağlama zərərsizləşdirilib

Nitsa yaxınlığındakı avtomobil yolunda şübhəli bağlama zərərsizləşdirilib Yaxınlıqdakı iki binada yaşayan sakinlər köçürülüblər
Digər ölkələr
15 İyul , 2016 16:00
Nitsa yaxınlığındakı avtomobil yolunda şübhəli bağlama zərərsizləşdirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Fransalı minatəmizləyənlər Nitsa yaxınlığındakı avtomobil yolunda aşkarlanan şübhəli bağlamanı zərərsizləşdiriblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, minatəmizləmə əməliyyatı Nitsa yaxınlığındakı avtomobil yolunda yük maşınında həyata keçirilib.

Yük maşını hazırda axtarış işləri aparılan mənzildən 100 metr aralıda park edilib. Hələlik mənzilin kimə məxsus olması barədə məlumat verilmir.

Terror təhlükəsi səbəbilə yaxınlıqdakı iki binada yaşayan sakinlər köçürülüblər.

Verilən məlumata görə, hadisə yerində kriminalistlər işləyirlər.

Son xəbərlər

Orphus sistemi