Nikolas Maduro yeni nazirlik yaradıb

Nikolas Maduro yeni nazirlik yaradıb Venesuela prezidenti Nikolas Maduro yeni idarənin - Turizm və Xarici Ticarət üzrə Nazirliyin yaradıldığını elan edib.
Digər ölkələr
13 Avqust , 2019 05:55
Nikolas Maduro yeni nazirlik yaradıb

Venesuela prezidenti Nikolas Maduro yeni idarənin - Turizm və Xarici Ticarət üzrə Nazirliyin yaradıldığını elan edib.

"Report"un məlumatına görə, bu barədə o özünün "Twitter"dəki hesabında yazıb.

"Mən yeni Turizm və Xarici Ticarət üzrə Nazirliyi yaratdım və Feliks Ramon Plasensia Qonsalesi onun rəhbəri vəzifəsinə təyin etdim, hansı ki, Venesuelada turizmin inkişafınabeynəlxalq sərmayələrin cəlb olunmasına təkan verilməsinə cavabdehlik daşıyacaq", - deyə Venesuela lideri bildirib.

O, həmçinin Təhsil, Gender Bərabərliyi, Sənaye, Ekologiya və Kənd Təsərrüfatı nazirliklərində də bir sıra yeni təyinatlar aparıb.

Daha əvvəl Venesuela prezidenti ABŞ tərəfindən tətbiq edilən mövcud sanksiyalar çərçivəsində sosial problemləri həll etmək üçün neft hasilatının artırılmasının zəruri olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi