Nikaraquada leysan qurbanlarının sayı yeddi nəfərə çatıb

Nikaraquada leysan qurbanlarının sayı yeddi nəfərə çatıb Faciəyə səbəb "Selma" tropik fırtınası olub
Digər ölkələr
28 Oktyabr , 2017 06:54
Nikaraquada leysan qurbanlarının sayı yeddi nəfərə çatıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Nikaraquada leysan qurbanlarının sayı yeddi nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin vitse-prezidenti Rosario Murilo bildirib.

Faciəyə səbəb Sakit okeanın Nikaraqua sahillərinə özüylə leysan yağışları gətirmiş "Selma" tropik fırtınası olub. Hazırda fırtına Salvador istiqamətində hərəkət edir. Lakin sinoptiklərin proqnozları təsəlliverici deyil. Onlar Nikaraquada leysan yağışların şənbə günü də davam edəcəyini vəd verirlər.

"Prensa" agentliyi daha əvvəl leysan yağışları nəticəsində 5 nəfərin həlak olduğunu, 2 nəfərin itkin düşdüyünü bildirib. 

Son xəbərlər

Orphus sistemi