Nikaraquada aksiya iştirakçıları atəşə tutulub, 6 nəfər ölüb

Nikaraquada aksiya iştirakçıları atəşə tutulub, 6 nəfər ölüb Hökumət qüvvələri ilə toqquşmalar zamanı daha 35 nəfər yaralanıb
Digər ölkələr
20 İyun , 2018 06:06
Nikaraquada aksiya iştirakçıları atəşə tutulub, 6 nəfər ölüb

Bakı. 20 iyun. REPORT.AZ/ Nikaraquanın qərbində yerləşən Masayya şəhərində aksiya iştirakçıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmalar zamanı azı 6 nəfər ölüb, daha 35 nəfər yaralanıb.

“Report” "La Prensa" qəzetinə istinadən xəbər verir ki, bu barədə yerli insan haqları assosiasiyası məlumat yayıb.

Bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələri və hökumətyönlü hərbləşdirilmiş dəstələr etiraz aksiyası iştirakçılarına avtomat silahlardan atəş açıblar.

Nikaraquada etiraz aksiyaları aprel ayından davam edir. Buna ölkədə yeni sosial sığorta islahatları səbəb olub. Aksiyalar zamanı ölənlərin sayı 200 nəfəri ötüb.

Son xəbərlər

Orphus sistemi