Nikaraqua Argentinadakı səfirini geri çağırmaq qərarına gəlib

Nikaraqua Argentinadakı səfirini geri çağırmaq qərarına gəlib Nikaraqua hakimiyyəti seçilmiş prezident Xavyer Mileyin komandasının Mərkəzi Amerika respublikası ilə bağlı qeyri-dost bəyanatlarına görə ölkənin Argentinadakı səfirini geri çağırmaq qərarına gəlib.
Digər ölkələr
5 Dekabr , 2023 00:25
Nikaraqua Argentinadakı səfirini geri çağırmaq qərarına gəlib

Nikaraqua hakimiyyəti seçilmiş prezident Xavyer Mileyin komandasının Mərkəzi Amerika respublikası ilə bağlı qeyri-dost bəyanatlarına görə ölkənin Argentinadakı səfirini geri çağırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə Nikaraqua Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Argentina Respublikasında dekabrın 10-da baş tutacaq yeni hökumətin hakimiyyətə gəlməsini və andiçmə mərasimini, eyni zamanda yeni rəhbərlərin təkrar bəyanatlarını və fikirlərini nəzərə alaraq, Nikaraquanın Barışıq və Milli Birlik Hökuməti səfiri Karlos Midenseni geri çağırmaq proseduruna başlayıb. Qərar dərhal qüvvəyə minir”, – XİN diqqətə çatdırıb.

Xatırladaq ki, daha öncə Mileyin xarici siyasət müşaviri və gələcək xarici işlər naziri Diana Mondino Argentinanın seçilmiş prezidentinin Venesuela, Kuba və Nikaraqua ilə münasibətlərdə komandasının “insan haqları problemlərini həll etməyə” çalışacağını bildirib.

Son xəbərlər

Orphus sistemi