Nigeriyada yüzlərlə silahlı Mayduquri şəhərinə hücum edib

Nigeriyada yüzlərlə silahlı Mayduquri şəhərinə hücum edib Şəhərin hərbi kazarmalar yerləşən hissəsində atışma davam edir
Digər ölkələr
14 May , 2015 06:05
Nigeriyada yüzlərlə silahlı Mayduquri şəhərinə hücum edib

Bakı. 14 May. REPORT.AZ/ Yüzlərlə silahlı şəxs Nigeriyanın Borno ştatının ən böyük şəhəri hesab olunan Mayduquriyə hücum edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, şəhərin hərbi kazarmalar yerləşən hissəsində atışma davam edir.

Nigeriya rəsmiləri qonşu Çad və Niger hökümətlərinin hərbi dəstəyi ilə "Boko Haram" adlı radikal dini qruplaşmanın nəzarəti altında olan rayonları qanunsuz dəstələrdən təmizləmişdi.

Son xəbərlər

Orphus sistemi