Nigeriyada törədilmiş terror aktlarında ölənlərin sayı 86 nəfərə çatıb

Nigeriyada törədilmiş terror aktlarında ölənlərin sayı 86 nəfərə çatıb Bakı. 2 may. REPORT.AZ/ Nigeriyada törədilmiş iki terror aktında ölənlərin sayı 86 nəfərə çatıb.
Digər ölkələr
2 May , 2018 23:05
Nigeriyada törədilmiş terror aktlarında ölənlərin sayı 86 nəfərə çatıb

Bakı. 2 may. REPORT.AZ/ Nigeriyada törədilmiş iki terror aktında ölənlərin sayı 86 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "France Presse" agentliyi öldürülənlərin dəfn edildiyi qəbristanlığın işçilərinə istinadən məlumat yayıb.

"Biz axşam saat 21:00-a qədər cəsədləri dəfn etdik. İşin başa çatmasına qədər 76 məzar vardı. Dünən 76 nəfəri dəfn etdik. Bu gün daha 10 cəsədi dəfn etdik. Aydındır ki, bu insanlar dünən aldıqları zədələrdən həlak olublar", - deyə müsahiblərdən biri agentliyə bildirib.

Terror aktı Adamava ştatının Mubi şəhərində çərşənbə axşamı baş verib. Ştatın polis rəisi Abdullah Yerim bildirib ki, terrorçulardan biri özünü məsciddə partladıb. Digər kamikadze isə geyim əşyalarının satıldığı bazarda özünü partladıb.

Qeyd edək ki, daha əvvəl terror aktlarında 27 nəfərin həlak olduğu, 60-dan çox insanın xəsarət aldığı bildirilirdi.

Son xəbərlər

Orphus sistemi