Nigeriyada terrorçuların hücumu zamanı 15 hərbçi həlak olub, 19 nəfər yaralanıb

Nigeriyada terrorçuların hücumu zamanı 15 hərbçi həlak olub, 19 nəfər yaralanıb Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
24 Fevral , 2017 01:19
Nigeriyada terrorçuların hücumu zamanı 15 hərbçi həlak olub, 19 nəfər yaralanıb

Bakı. 24 fevral. REPORT.AZ/ Nigeriyanın qərbində terrorçuların hücumu zamanı 15 hərbçi həlak olub, daha 19 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "France Presse" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə yerli vaxtla saat 15:00-da, Tilva şəhərinin şimalında qeydə alınıb. Ordu rəsmisi Seyid Abdulla Əziz hücum zamanı 15 hərbçinin öldürüldüyünü, 19 nəfərin yaralandığını təsdiqləyib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Regionda "Boko Haram" qruplaşmasının fəaliyyət göstərdiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi