Nigeriyada terrorçular 15 nəfəri öldürüb, kənd imamı və ailə üzvləri diri-diri yandırılıb

Nigeriyada terrorçular 15 nəfəri öldürüb, kənd imamı və ailə üzvləri diri-diri yandırılıb Bakı. 1 noyabr. REPORT.AZ/ Nigeriyada terrorçuların Borno əyalətinin 4 kəndinə hücumu nəticəsində 15 nəfər öldürülüb.
Digər ölkələr
1 Noyabr , 2018 17:55
Nigeriyada terrorçular 15 nəfəri öldürüb, kənd imamı və ailə üzvləri diri-diri yandırılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Nigeriyada terrorçuların Borno əyalətinin 4 kəndinə hücumu nəticəsində 15 nəfər öldürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, kəndə “Boko Haram” terrorçu qruplaşmasının hücum etdiyi ehtimal olunur.

Terrorçuların sayı 200-dən çox olub və mülki sakinlərə odlu silahlardan atəş açıblar. 

Abba Malumati kəndində 8, Daloridə 2 nəfər öldürülüb. Kofa kəndində isə terrorçular kəndin imamını və onun ailəsinin 4 üzvünü diri-diri yandırıblar.

Hücum zamanı kəndin sakinləri çay istiqamətində qaçıb. Onların bəzilərinin suda boğulduqları ehtimal olunur. 

Hüquq-mühafizə orqanları ölənlər və yaralananlar barədə hələ ki rəsmi açıqlama verməyib. 

Son xəbərlər

Orphus sistemi