Nigeriyada törədilmiş terror aktı zamanı ölənlərin sayı 30-a çatıb - YENİLƏNİB
- 16 avqust, 2017
- 02:30
Bakı. 16 avqust. REPORT.AZ/ Nigeriyanın cənub-şərqindəki Mayduqur şəhəri yaxınlığında, bazarda törədilmiş terror aktı zamanı ölənlərin sayı 30-a çatıb
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış zamanı xəsarət alanlardan ikisi xəstəxanada ölüb. Hadisə zamanı daha 81 nəfər xəsarət alıb.
"Reuters"in məlumatında isə bildirilir ki, hadisəni qadın kamikadze törədib. Daha 2 terrorçu özlərini qaçqın düşərgəsinin yaxınlığında partladıblar. Lakin hadisə zamanı ölən olmayıb.
Partlayış zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
***23:14
Nigeriyanın cənub-şərqindəki bazarda terrorçu-kamikadze partlayıcı qurğunu işə salıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, partlayış nəticəsində 28 nəfər həlak olub. Terror aktı zamanı həmçinin 83 nəfər xəsarət alıb.
Qeyd olunur ki, daha 2 terrorçu özlərini qaçqın düşərgəsinin yaxınlığında partladıblar. Lakin hadisə zamanı ölən olmayıb. Partlayış zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.