Nigeriyada silahlılar internat məktəbdən 200 şagirdi oğurlayıblar

Nigeriyada silahlılar internat məktəbdən 200 şagirdi oğurlayıblar Silahlı şəxslər Nigeriyanın qərbində yerləşən Teqina (Niger ştatı) şəhərində internat məktəbə hücum edərək 200 şagirdi qaçırıblar.
Digər ölkələr
31 May , 2021 00:52
Nigeriyada silahlılar internat məktəbdən 200 şagirdi oğurlayıblar

Silahlı şəxslər Nigeriyanın qərbində yerləşən Teqina şəhərində (Niger ştatı) internat məktəbə hücum edərək, 200 şagirdi qaçırıblar.

“Report” xəbər verir ki, bu barədə yerli “Vanguard” qəzeti bildirib.

Yerli sakinlər qeyd ediblər ki, silahlılar günün ikinci yarısında zorla məktəbin ərazisinə giriblər. Onlar 200 şagirdlə birlikdə qaçaraq gizləniblər. Sakinlərin dediyinə görə, hücum zamanı ölən və ya yaralanan olmayıb.

Niger ştatının rəsmi nümayəndəsi “Reuters” agentliyinə açıqlamasında məktəbə hücum və şagirdlərin oğurluğu faktını təsdiqləyib. Ancaq o silahlılar tərəfindən oğurlanmış məktəblilərin sayını açıqlamaqdan imtina edib.

Nigeriyada son aylar tələbə və şagirdlərin ələ keçirilməsi məqsədi ilə ali və orta məktəblərə hücumlar tez-tez baş verir. Məlumatlara əsasən, cari ilin əvvəllərindən ölkənin müxtəlif ərzilərində orta və ali məktəblərdən 700-dən çox şagird oğurlanıb. Yerli hakimiyyətin qərarı ilə martda Nigeriyanın şimalında 600-dən çox məktəb bağlanıb.

Son xəbərlər

Orphus sistemi