Nigeriyada silahlılar 53 dinc sakini qətlə yetirdilər
Digər ölkələr
- 12 iyun, 2021
- 22:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mal-qara oğurluğu ilə məşğul olan quldurlar Nigeriyanın şimal-qərbində Zamfara ştatının 6 kəndində 53 dinc sakini öldürüblər.
“Report” yerli “Vanguard” qəzetinə istinadən xəbər verir ki, bu barədə ştat polisinin nümayəndəsi Məhəmməd Şexu bildirib.
"Ötən cümə axşamı və cümə günü ərzində Zurmi ərazisində 6 kənd cinayətkar dəstənin hücumlarına məruz qalıb, 53 fermer öldürülüb”, - o bildirib.
Zurmiyə əlavə polis qüvvələri göndərilib.
Şexunun sözlərinə görə, motosikllərdə hərəkət edən quldurlar mal-qara oğurluğu ilə məşğul olurlar.
Nigeriyada artıq ikinci ildir dinc sakinlərə silahlı hücumlarının sayının artımı müşahidə olunur. Cinayətkarlar insanları öldürür, pul müqabilində girov götürür, mal-qara oğurlayır.
Son xəbərlər
18:34
UKMTO: BƏƏ sahillərində gəmi naməlum mərmi ilə vurulub
Digər ölkələr18:25
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib
Digər ölkələr18:23
Erkinjon Turdimov Özbəkistan Baş nazirinin birinci müavini təyin edilib
Region18:10
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
Sağlamlıq18:08
Video
Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB
Hadisə17:52
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol17:47
Foto
Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
Ədəbiyyat17:45
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
Xarici siyasət17:39
Foto