Nigeriyada silahlı hücum nəticəsində 23 nəfər ölüb
Digər ölkələr
- 10 fevral, 2021
- 07:51
Afrikanın qərbində yerləşən Nigeriyada naməlum silahlıların hücumu nəticəsində 23 nəfər ölüb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Kaduna əyaləti daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan bildirib.
Onun sözlərinə görə, həmin şəxslər ölkənin Birnin Gvari, Giva, Çikun, İgabi və Kauru əyalətlərinə hücum ediblər.
Aruvan hücumlar nəticəsində 23 nəfər öldüyünü, çoxlu sayda insanın yaralandığını təsdiqləyib.
Məlumata görə, həmin əyalətlərin sakinləri, əsasən, heyvandarlıqla məşğul olur. Onlar silahlıların hücumuna tez-tez məruz qalır. Ötən gün silahlılar yenə həmin sakinlərə hücum edib. Qeyd olunub ki, 19 sakin heyvanlarını naməlum silahlıların oğurlamasından qoruyan zaman ölüb.
Son xəbərlər
09:59
Foto
Video
FHN cəzaçəkmə müəssisəsində təlim keçirib
Daxili siyasət09:57
"Bolonya" baş məşqçisi Domeniko Tedesko ilə yolları ayırmaq barədə qərar qəbul edib
Futbol09:46
Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
Digər ölkələr09:44
Din Henderson "Kristal Pelas"la yaxşılaşdırılmış şərtlər qarşılığında yeni müqavilə imzalayacaq
Futbol09:42
Foto
"SABAH.city" texnologiya şirkətləri, universitetlər və elmi qurumlar arasında sinerji yaradacaq
İKT09:41
"Bank Respublika" sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Maliyyə09:36
Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib
Xarici siyasət09:29
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
Energetika09:17