Nigeriyada silahlı şəxslər məktəbliləri oğurlayıb

Nigeriyada silahlı şəxslər məktəbliləri oğurlayıb Nigeriyanın şimal-qərbindəki Katsina ştatının Kankara şəhərində yerləşən orta məktəbə ötən gün axşam hücum edən silahlı şəxslər bir çox şagirdi yatdıqları yerdən qaçırdıblar.
Digər ölkələr
12 Dekabr , 2020 15:36
Nigeriyada silahlı şəxslər məktəbliləri oğurlayıb

Nigeriyanın şimal-qərbindəki Katsina ştatının Kankara şəhərində yerləşən orta məktəbə ötən gün axşam hücum edən silahlı şəxslər bir çox şagirdi yatdıqları yerdən qaçırdıblar.

“Report” “This Day”ə istinadən xəbər verir ki, məktəbdən verilən məlumata görə, xeyli sayda olan quldurlar motosikletlərlə gələrək ətrafa güllə yağdırmağa başlayıb, sonra da hosteldə yatan bir çox şagirdi qaçırıblar.

Hadisədən ertəsi gün qalan şagirdlərin məktəbi tərk etdikləri bildirilir.

Qeyd edək ki, ölkə Prezidenti Məhəmmədu Buhari Katsina ştatına səfər etmişdi.

Bu il Nigeriyanın şimal bölgələrində, xüsusilə də Zəmfərə, Kaduna, Sokoto, Katsina ştatlarında silahlı quldur dəstələrinin dinc sakinlərə hücumları daha geniş vüsət alıb. Bu dəstələr pul almaq üçün sakinləri qaçırdır, yaxud əhaliyə xərac kəsirlər, mal-qara oğurlayırlar. Hökumət həmin bölgələrə ordu bölmələri cəlb etmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi