Nigeriyada prezident seçkisi təxirə salınıb

Nigeriyada prezident seçkisi təxirə salınıb Bakı. 16 fevral. REPORT.AZ/ Nigeriyada prezident seçkisinin başlamasına bir neçə saat qalmış səsvermə fevralın 23-dək təxirə salınıb.
Digər ölkələr
25281
16 Fevral , 2019 15:14
Nigeriyada prezident seçkisi təxirə salınıb

Bakı. 16 fevral. REPORT.AZ/ Nigeriyada prezident seçkisinin başlamasına bir neçə saat qalmış səsvermə fevralın 23-dək təxirə salınıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Müstəqil və Milli Seçki Komissiyasının sədri Mahmud Yakubu bildirib.

O, açıqlamasında bildirib ki, fevralın 16-da Nigeriyada keçirilməsi planlaşdırılan Prezident seçkisi “loqistika və əməliyyat” problemləri səbəbindən fevralın 23-dək təxirə salınıb. Mahmud Yakubu martın 2-də keçiriləcək əyalət valiləri və məclis üzvləri seçkilərinin martın 9-dək təxirə salındığını qeyd edib.

“Bu, komissiya üçün çox çətin bir qərardır, ancaq seçkilərin uğurlu bir şəkildə keçirilməsi və demokratiyanın qorunması üçün bu addımı atmalı idik”, - deyə komissiya sədri vurğulayıb.

Prezidentliyə ən güclü namizəd olaraq Tam Mütərrəqi Konqresindən hazırkı Prezident Məhəmməd Buxari və Xalqın Demokratik Partiyasından Atiku Əbubakar göstərilir.

Son xəbərlər

Orphus sistemi