"Report" xəbər verir ki, partlayış Mubi şəhəri yaxınlığında qeydə alınıb.
Hökumət qüvvələri noyabrda "Boko Haram" sələfi terror qruplaşmasını buradan çıxararaq şəhərə nəzarəti ələ alıb.
Adamava ştatında son həftələr bir sıra partlayışlar baş verib və terror aktlarına görə məsuliyyəti "Boko Haram" qruplaşması öz üzərinə götürüb.
Noyabrın 25-də isə Mayduquri şəhərində baş verən iki partlayış nəticəsində təqribən 80 nəfər dünyasını dəyişib.