Bakı. 18 yanvar. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində avtobus dayanacağında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 48 nəfər yaralanıb.
"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, partlayıcı qurğunu kamikadzenin işə saldığı bildirilir.
"Terrorçu-kamikadze avtobus dayanacağının yanında dayanan avtomobildə partlayıcı qurğunu işə salıb", - deyə polisdən bildirilib.
Hazırda hadisənin bütün təfərrüatları öyrənilir. Terror aktına görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.