Yuxarı
    Bağlamaq

    Nigeriyada meningit epidemiyasından 438 nəfər ölüb

    Son 1 həftədə daha 102 nəfər xəstəlikdən dünyasını dəyişib© Foto: "Anadolu"

    Bakı. 9 aprel. REPORT.AZ/ Nigeriyada meningit epidemiyası 438 nəfərin həyatına son qoyub.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərbi Afrika ölkəsinin Xəstəlik Nəzarəti Mərkəzi məlumat yayıb.

    Məlumatda qeyd edilir ki, son 1 həftə ərzində daha 102 nəfər xəstəlikdən dünyasını dəyişib. Bununla da epidemiya qurbanlarının sayı 438 nəfərə çatıb.

    Rəsmi məlumata əsasən ölkədə ümumilikdə 3 min 959 nəfər epidemiyaya yoluxub. Mərkəz vətəndaşlara müraciət edərək epidemiya ilə mübarizə çərçivəsində xəstəxanalara getməyi, tibbi yoxlamadan keçməyi xahiş edib.

    Qeyd edək ki, 2015-ci ildə Nigeriyada meningitdən 131 ölüm hadisəsi qeydə alınıb. Lakin 2016-cı ildə bu rəqəm 33-ə düşüb. Ölkə rəsmiləri xəstəlikdən qorunmanın mümkün olduğunu bildirirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi