Yuxarı
    Bağlamaq

    Nigeriyada kilsədə atışma zamanı 12 nəfər öldürülüb

    Şahidlərin sözlərinə görə, maskalı 5 nəfər kilsəyə soxularaq ətrafdakılara atəş açıb

    Bakı. 6 avqust. REPORT.AZ/ Nigeriyada azı 12 nəfər ölkənin cənub qərbindəki kilsədə atışmanın qurbanı olub.

    "Report"un məlumatına görə, bu barədə "France Presse" həkimlərə istinadən xəbər verib.

    "Hazırda 12 nəfərin ölümü təsdiqlənib. Daha bir neçə nəfərə tibbi yardım göstərilir", – deyə yaralıların gətirildiyi xəstəxananın əməkdaşı bildirib.

    Atışma Osubulu şəhərində baş verib. Şahidlərin sözlərinə görə, maskalı 5 nəfər kilsəyə soxularaq ətrafdakılara atəş açıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi