​Nigeriyada "Boko Haram" silahlılarının hücumu nəticəsində ölənlərin sayı 24-ə çatıb

​Nigeriyada "Boko Haram" silahlılarının hücumu nəticəsində ölənlərin sayı 24-ə çatıb Silahlılar motosikllərlə hadisə yerinə gələrək dəfn mərasimində iştirak edən insanlara atəş açıblar
Digər ölkələr
17 İyun , 2016 20:50
​Nigeriyada Boko Haram silahlılarının hücumu nəticəsində ölənlərin sayı 24-ə çatıb

Bakı. 17 iyun. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində dəfn mərasimi zamanı "Boko Haram" radikal qruplaşmasının silahlıları tərəfindən törədilən hücum nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Bu barədə "Report" Frans Press Agentliyinə istinadən xəbər verir.

Bundan əvvəl 18 nəfərin həlak olduğu barədə məlumat yayılmışdı.

Hadisə cümə axşamı Madaqali şəhərində baş verib. Şahidlərin sözlərinə görə, axşam saatlarında silahlılar motosikllərlə hadisə yerinə gələrək dəfn mərasimində iştirak edən insanlara atəş açıblar.

Məlumata görə, daha 10 nəfər yaralıanıb. Yerli polis nümayəndəsi ölənlərin sayının arta biləcəyini istisna etməyib. 

Son xəbərlər

Orphus sistemi