Yuxarı

​Nigeriyada "Boko Haram" qruplaşmasının girov saxladığı 180 nəfər azad olunub

178 nəfər xilas olunanlar arasında 10 kişi, 67 qadın və 101 uşaq olub

Bakı. 3 avqust. REPORT.AZ/ Nigeriya Silahlı Qüvvələri "Boko Haram" radikal qruplaşmasının girovluqda saxladığı təxminən 180 nəfəri azad etdiyini bildirib. "Report" BBC-yə istinadən xəbər verir ki, 178 nəfər xilas olunanların arasında 10 kişi, 67 qadın və 101 uşaq olub.

Əməliyyat zamanı "Boko Haram" qruplaşmasının səhra komandirlərindən biri tutulub. Bundan əlavə, hərbçilər yaraqlıların bir neçə kiçik düşərgələrini də məhv etməyə müvəffəq olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi